Yorum yapılmamış

[Azerice – Azerbeycan] Dünya Medyasında Oktan Keleş Ve Beyaz Piramitler

Nəhəng Çin piramidaları – “Tarixin ağ ləkələri”

Parafraz gənc şair-tərcüməçi Səbuhi Şahmursoyun “Tarixin ağ ləkələri” adlı araşdırma və tərcümə rubrikasında növbəti yazını təqdim edir:

Araşdırmanın əvvəlki hissələrində Yer kürəsindəki digər piramidaları tədqiq edən, bu barədə kifayət qədər biliklərə sahib Avropa və Amerika alimlərinin fikirlərilə yanaşı, Çindəki piramidaları gözlərilə görən sadə avropalıların təcrübələri, düşüncələrilə tanış olduq. Bu dəfə Çinə daha yaxın olan Türkiyənin gözü ilə məşhur ağ piramidalara baxmağa çalışacağıq.

Çinin Şansi əyaləti tarix boyu türk mənşəli millətlərin çox yaşadığı yerlər olub. Xüsusilə, Çinin ən qədim və hələ də mədəniyyət mərkəzlərindən ən məşhuru olan Sian şəhəri qeyri-Çin mənşəli millətlərin çoxluq təşkil etdiyi məkandır. Tarixçilərin uzun əsrlik mübahisə mövzusu olması bu əyalətin tarixinə təkrar-təkrar qayıtmağımıza, orada yerləşən qədim abidələrin araşdırılmasına təxirəsalınmaz ehtiyac yaradır. Amma əvvəlki hissələrdə deyildiyi kimi, müasir Çin hökuməti bu tədbirlərin peşəkar səviyyədə aparılmasına şərait yaratmır, əksinə, hər cəhdlə mane olmağa çalışır.

 

 

Türkiyədə, əsasən, türk mənşəli etnoslarının araşdırmaçısı kimi tanınan tarixçi-tədqiqatçı Oktan Keleş Mərkəzi Çinin Şansi əyalətinin paytaxtı olan Sian şəhərinin yaxınlığında yerləşən Çin piramidalarını araşdırmaq üçün ora səfər edir. Sözügedən piramidalara daxil olan ilk türk tədqiqatçı Keleş səfərinin nəticəsini Türkiyə mətbuatına belə açıqlayır: “Piramidaların içərisində olan materiallar Türk tarixi üçün və dünya tarixinin bütün yaddaşını pozmaq baxımından böyük əhəmiyyətə malikdir”.

 

 

Keleş tədqiqat aparmaq üçün əvvəlcə başqa bölgəyə səfər edir, amma sonra təsadüfən alınan şansdan istifadə edib, ağ piramidalara gəlir. Oralarda şəkil çəkilməsinə ciddi qadağa olmasına baxmayaraq türk alimi məhdud şəraitdə bəzi görüntülər çəkməyə nail olur. Hesab olunur ki, Keleşin piramidanın içində çəkdiyi şəkillər ictimailəşən ilk və hələ də yeganə orijinal nümunələrdir.

Yaşlı bir çinli bələdçinin köməkliyi ilə ağ piramidaya daxil olan Keleş içəridə rast gəldiyi simvol, heykəl və kitabələri görəndə heyrətə gəlir. Dediyinə görə, qədim zamanlarda muzdlu döyüşçülər olaraq Çinə xidmət edən uyğurlar bu ərazilərdəki tikililərdə müstəsna rola sahibdirlər, burdakı simvol və kitabələr də onlara aiddir.

 

 

Oktan Keleş səfər təəssüratlarında yazır:

“Qoca çinli bələdçinin rəhbərliyi altında zülmət içində təbii tunel boyu 40-50 metrə qədər getdik. Sonra şaquli yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu, içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Başı üzərindəki qayada müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri” olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük – qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı. Heykəlin üst tərəfində qoşa buynuzlu fiqur, başının ortasındasa Ay-ulduz simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın heykəli də vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi: “Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə bənzər nəsə vardı”.

 

 

İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd etdi.

Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox çətin, oradan çıxmaq isə ondan da çətindir. Qayıtsaq yaxşıdır”. Onun etirazı ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif kitabələr vardı, daha artığını seçə bilmədik”.

Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş: “Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir”.

Müsahibələrinin birində jurnalistin həmin bölgəyə ziyarətin qadağan olmasıyla bağlı sualına Oktan Keleş belə cavab verir: “Bölgə tamamilə qadağan olunmuş bölgə deyil, sadəcə bələdçilərin köməyilə həyata keçirilən piramida gəzintisində hər hansı araşdırma və çəkilişə icazə verilmir. Amma oradakı yoldaşımın köməyilə bələdçinin gözlərindən yayınıb bir neçə şəkil çəkə bildim. Düzdür, bu səfərdən heç bir maddi sübut əldə etmədən qayıtdım, amma bildiyim qədərilə, çəkdiyim şəkillər bu mənada xüsusi dəyərə sahibdir”.

 

Bu sahədə dərin araşdırmaların müəllifi daha bir türkiyəli alim Kazım Mirşandır. 2016-cı ildə vəfat edən bu tarixçi alimin misirşünaslıqda xüsusi hörmətə sahib olmaqla yanaşı, Çindəki ağ piramidalarla bağlı da araşdırmaları var. Misir piramidalarında 184 ədəd heroqlifi Ön-türkcə adlandırdığı yazı sistemi vasitəsilə deşifrə edən Mirşan eramızdan əvvəl 3000-ci illərdə mumiyalama texnikasının Altay dağlarında yerləşən sivilizasiyadan dünyaya yayıldığını, eyni zamanda, piramidaların tikintisinin birinci Çində, sonra dünyanın müxtəlif nöqtələrində həyata keçirildiyi fərziyyəsini irəli sürmüşdü. Kazım Mirşanın bir çox fikirləri, o cümlədən, Yer kürəsində inşa edilən bütün piramidaların eyni əl (sivilizasiya) tərəfindən tikilməsi istiqamətində gətirdiyi maddi və məntiqi sübutlar Qərb alimlərinin fikirlərilə üst-üstə düşür. Tarixçilik və arxeologiyada daha çox praqmatizm tərəfdarı olan Kazım Mirşan qədim sivilizasiyanın bütün dünyada vahid dövlət tərəfindən idarə olunduğuna və yüksək zəkaya sahib bu xalqın indiki türklərin ataları olduğuna inanırdı.

Hazırladı: Səbuhi ŞAHMURSOY

Kaynak :   http://parafr.az/oxu.php?id=2497

 

Oktan Keleş’in bu çalışması Azerbaycan’daki “Xezerxeber.az” adlı basın organında da yayınlanmıştır. Onu da aşşağıda sizlerle paylaşıyoruz.

 

Xezerxeber.az Basın Organının Haberi ;

Bu görüntülər bütün əzbərləri pozacaq

 

 

Çinin orta seqmentindəki Şaanşi əyalətinin paytaxtı Sian şəhərinin 100 kilometr yaxınında olan Çin piramidaları haqqında araşdırmalarda olan və piramidaların içinə girən ilk türk araşdırmaçı , yazıçı Oktan Keleş, piramidalardakı materialların türk tarixi baxımından böyük əhəmiyyət kəsb etdiyini və “bütün əzbərləri pozacaq qədər dünya tarixi baxımından əhəmiyyətli olduğunu “söylədi.

“Ağ piramidalar” və ya “Türk piramidası” deyə də xatırlanan piramidalara daxil olan və orada araşdırmalarda olan Keleş, “Buradakı materiallar mövzunun mütəxəssisləri tərəfindən araşdırıldığında bunu söyləyə bilərik: Tarixin təkrar yazılması lazım ola bilər” dedi və piramidalardakı materialların Türk tarixi baxımından böyük əhəmiyyət kəsb etdiyini ifadə etdi.
Keleş, bölgəyə daha əvvəl də araşdırma etmək üçün başqalarının getdiyini ancaq araşdırmaçıların çəkiliş etməsinə  icazə verilmədiyini və indi nümayiş olunan fotoşəkillərin, “bu ana qədər yayımlananlar arasında bir ilk” olduğunu vurğuladı.
Keleş, özlərinin ortaya qoyduğu dəlillər qarşısında Çinli səlahiyyətlilərin, “Köhnə dövrlərdə Uyğurlar, Çinlilər adına pullu əsgər olaraq vəzifə yerinə yetirirdilər. Buradakı simvollar və işarələr onlardan qalmadır” deyə bildirdi və “Bu düşüncə təbii özlərinə aiddir” deyə əlavə etdi.

“Piramidanın içindəyik”

Piramidalara gedərkən və piramidaların içində yaşananları köçürən Oktan Keleş, yaşlı bir Çinli rəhbər yoldaşlığında piramidalara yaxın bir yerdən təbii bir mağaranın içərisində girdiklərini və qaranlıqda 40-50 metr qədər getdiklərini izah edərək, “Mağarada 3 kanallı bir girişə gəldik. Sonra şaquli bir yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gəldiyimizdə Çinli rəhbər bizə piramidanın içindəyik dedi .Keleş, piramidanın təbii bir meydana gəlmənin üzərinə inşa edildiyini ifadə etdi və Çinli rəhbər yoldaşlığında bir məzar otağına çatdığını bildirdi .Məzar otağında yerdə boyu 2 metrə yaxın bir mumiya olduğunu ifadə edən Keleş, mumiyanın başında olan bir qayadan müxtəlif işarə və yazıların yanında “ay ulduz, qurd başları” gördüklərini söylədi. Keleş, sahəyə işıq olduqda “şok olduqlarını” və “3 metr boylarında, ehtimalla granit daşdan edilmə bir baş heykəli” ilə qarşılaşdıqlarını  qeyd etdi.Keleş, heykəlin üst qismində cüt buynuza bənzər bir obyektin olduğunu, başının ortasında da bir “ay-ulduz” işarəsinin gözə çarpdığını izah etdi. Heykəlin yanında da qucağında uşaq olan başqa bir qadın heykəlinin və yerdə bir mumiyanın tapıldığını ifadə edən Keleş, belə davam etdi: “Qoca Çinli, dizlərinin üzərinə çöküb bir şeylər mırıldanırdı. Gördüyümüz mumiya bir kişiyə aid idi. 30 il qədər əvvəl üzü daha dəqiq seçilirmiş , hətta ayaqlarında çəkməyə bənzər şeylər olduğunu söyləyir, yaşlı Çinli. İçəridə təxminən 7-8 dəqiqə qədər qaldıq ki, qoca Çinli tələsik çıxmamız lazım olduğunu işarə edirdi. Biz bir az daha qalıb, ətrafı yaxşıca araşdırmaq istəyirdik. yaşlı Çinli sərtləşir, təklifimizi qəbul etmirdi. Aşağı doğru nərdivanla enilen bir yer görürük və oraya enmək istəyirik. Yaşlı Çinli, oraya enişin çox çətin olduğunu, endikdən sonra çıxışın daha da çətin olduğunu, buradan tələsik çıxmamız lazım olduğunu söyləyir. Çinlinin bu qədər təlaşlı olmasından və əsəbiləşməməsindən ötəri aşağı enmedik. Ancaq fənərlə belə ətrafı bir axtardığımızda , divarlarda yazılar və şəkillərlə üst-üstə düzülmüş və bir-birlərinə yapışmış həbləri gördük daha çoxunu seçə bilmədik.

“Atan Oğuz Xaqanın təmsil surətidir”

Keleş, yaşlı Çinlinin verdiyi məlumata görə, mumiyanın üzünün əvvəldən daha dəqiq olduğunu, ancaq zaman içərisində mumiyanın bəzi parçalarını qoparması səbəbiylə pozulmağa başladığını söylədi.

Cüt buynuzlu granit daşdan üç metrlik baş fiqurunu soruşduqlarında isə çaşdırıcı bir cavab aldıqlarını ifadə edən Oktan Keleş, Çinlinin “O sizin atanız Oğuz Xaqanın təmsili surətidir” dediyini bildirdi.Keleş, Çinlinin piramidanın alt qismində başqa bir mumiya olduğunu və onun heç pozulmadığını irəli sürdüyünü, ayrıca var olan minlərlə həbdən bəzilərinin zaman içərisində aşınaraq bir-birinə yapışdığını söylədi.

Piramidaların tapıldığı bölgənin qadağan olduğuna dair söz-söhbətlərin soruşulması üzərinə Keleş, bölgənin tamamilə qadağan edilmiş bir bölgə olmadığını, ancaq içəridə araşdırma və çəkiliş etmək mövzusunda icazə verilmədiyini ifadə etdi.

 

Kaynak :   http://www.xezerxeber.az/Maraql%C4%B1/69254.html

Tags: Azerbaycan, Beyaz Türk Piramitleri, Oktan Keleş

Benzer Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Fill out this field
Fill out this field
Lütfen geçerli bir e-posta adresi yazın.